Sözsüz ki, 4-cü turun ilk oyun günündə azərbaycanlı fanatların diqqəti İspaniyada olub. C qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” Priney yarımadasında “Atletiko”nun qonağı olub. Qurban Qurbanovun yetirmələri istəyini reallaşdıraraq madriddən 1 xalla dönməyi bacarıb.
Görüşdə tablonu ağdam təmsilçisi hərəkətə gətirib. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora salıb. İkinci hissədə təzyiqi artıran madridlilər 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Tomas qüvvətli zərbəylə status-kvonu bərpa edib. 59-cu dəqiqədə Qarabağ meydanda azlıqda qalıb. Pedro Enrike təhlükəli hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 88-ci dəqiqədə isə qarşısında ikinci sarı vərəqəni görən Stefan Saviç oyunu erkən başa vurub. Yekunda qarşılaşma 1:1 hesablı sülhlə başa çatıb.
Bu qrupun digər oyununda İtaliyada Roma Çelsiylə üz-üzə gəlib. Əbədi şəhərin təmsilçisi ingilisləri 3 cavabsız qolla məğlub edə bilib. 1 və 36-cı dəqiqədə Stefan El Şaravi iki dəfə diqqətləri üzərinə çəkərək komandası 2:0 hesabı ilə önə keçirib. Fasilədən sonra canavarlar daha bir dəfə qonaqları məyus edib. 63-cü dəqiqədə Dieqo Perotti fərqlənərək görüşdə son nöqtəni qoyub.
A qrupunda Bazel doğma meydanda Moskva Moikiylə qarşılaşıb. Səfərdə oynanmasına baxmayaraq ruslar evə 3 xalla dönüblər. Halbuki oyunda ilk qol meydan sahiblərindən gəlib. 32-ci Luka Zuffi yerli azarkeşləri sevindirib. Fasilədən sonra toparlanan hərbçilər 65-ci tablodakı rəqəmləri eyniləşdiriblər. Alan Dzoqaev adından söz etdirib. 79-cu dəqiqədə isə qonaqlar qələbə topunu vurublar. Pontus Vernblum rəqib qapısına yol taparaq komandasının qalib gəlməsində əsas pay sahibi olub. Bazel 1 Moik 2.
Eyni qrupda yer alan komandalar Mançester Yunaytedlə Benfikanın duelində qırmızı şeytanlar qələbəni bayram edib. Birinci hissənin sonunda qonaqların qolkiperi Mile Svilar komandasını yenik duruma salıb. 78-ci dəqiqədə isə britaniyalılardan Deyli Blind penaltini qola çevirərək Mançester Yunaytedə 2:0 qələbə qazandırıb.
B qrupunda Seltik Şotlandiyada Bavariyanı sınağa çəkib. Oyunda sükut 22-ci dəqiqədə pozulub. Kinqsli Koman rəqibi mərkəzə dəvət edib. Şotlandiyalılar bu qolun cavabını yalnız 74-cü dəqiqədə verə biliblər. Kallum Makqreqor hesaba tarazlıq gətirib. Amma meydan sahiblərinin sevinci 3 dəqiqə çəkib. Xavier Martines diqqət mərkəzinə düşərək münhenlilərə 3 xal gətirən qola imza atıb. Sletik 1 Bavariya 2.
Qrupun Paris Sen Jermen – Anderlext qarşılamasında isə fransızlar rəqibini darmadağın hesabla üstələyərək meydana çıxmağa peşman edib. İlk olaraq 30-cu dəqiqədə Marko Veratti adını tabloya yazdırıb. Fasiləyə az qalmış qonaqlar ikinci topu qapılarından çıxarmalı olublar. Bu dəfə Neymar fərqlənən oyunçu olub. İkinci hissədə PSJ daha 3 top vurub. Parislilərin hər 3 qolunu Leyvin Kurzava rəqib qapısından keçirib. 52,72 və 78-ci dəqiqələrdə diqqətlərinə üzərinə çəkən fransız oyunçu komandasının 5:0-lıq qalibiyyətində böyük rol oynayıb.
D qrupunda Olimpiakos səfərinə yollanan Barselona gözlənilmədən xal itirib. Görüşdə tərəflər qol hesabını aça bilməyiblər və oyun başladığı kimi – 0:0 hesabıyla da başa çatıb.
Bu qrupun Sportinq – Yuventus qarşılaşmasında da qalib müəyyənləşməyib. Ancaq azarkeşlər iki qola şahid olublar. 20-ci dəqiqədə prineylilərdən Bruno Sezar hesabı açsa da, ev sahibləri bu nəticə sonadək qoruya bilməyiblər. 78-ci dəqiqədə Qonzalo İquain hesabı bərabərləşdirirək yuveni məğlubiyyətdən qurtarıb. Yekun nəticə 1:1
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
31 oktyabr
A qrupu
“Mançester Yunayted” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 2:0
Qollar: Svilar, 45 (öz qapısına), Blind, 78 (pen.)
“Bazel” (İsveçrə) - MOİK (Rusiya) - 1:2
Qollar: Zuffi, 32 - Dzaqoev, 69, Vernblum, 79
1. |
Mançester Yunayted |
4 |
4 |
0 |
0 |
10-1 |
12 |
2. |
Bazel |
4 |
2 |
0 |
2 |
8-5 |
6 |
3. |
MOİK |
4 |
2 |
0 |
2 |
5-8 |
6 |
4. |
Benfika |
4 |
0 |
0 |
6 |
1-10 |
0 |
B qrupu
PSJ (Fransa) - “Anderlext” (Belçika) - 5:0
Qollar: Veratti, 30Ş Neymar, 45+4, Kurjava, 52, 72, 78
“Seltik” (Şotlandiya) - “Bavariya” (Almaniya) - 1:2
Qollar: Makqreqor, 77 - Koman, 22, Martinez, 77
1. |
PSJ |
4 |
4 |
0 |
0 |
17-0 |
12 |
2. |
Bavariya |
4 |
3 |
0 |
1 |
8-4 |
9 |
3. |
Seltik |
4 |
1 |
0 |
3 |
5-9 |
3 |
4. |
Anderlext |
4 |
0 |
0 |
4 |
0-15 |
0 |
C qrupu
“Atletiko” (İspaniya) - “Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: Tomas, 56 - Miçel, 40
“Roma” (İtaliya) - “Çelsi” (İngiltərə) - 3:0
Qollar: El Şaravi, 1, 37, Perotti, 63
1 |
Roma |
4 |
2 |
2 |
0 |
8-4 |
8 |
2 |
Çelsi |
4 |
2 |
1 |
1 |
11-7 |
7 |
3 |
Atletiko |
4 |
0 |
3 |
1 |
2-3 |
3 |
4 |
Qarabağ |
4 |
0 |
2 |
2 |
2-9 |
2 |
D qrupu
“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya) - 1:1
Qollar: Sezar, 20 - İquayn, 79
“Olimpiakos” (Yunanıstan) - “Barselona” (İspaniya) - 0:0
1. |
Barselona |
4 |
3 |
1 |
0 |
7-1 |
10 |
2. |
Yuventus |
4 |
2 |
1 |
1 |
5-5 |
7 |
3. |
Sportinq |
4 |
1 |
1 |
2 |
5-6 |
4 |
4. |
Olimpiakos |
4 |
0 |
1 |
3 |
3-8 |
1 |
Orxan Cəfərzadə
- Baxış: 547