• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 01.11.2017 14:42

Gəncədə yunan-Roma güləşi üzrə turnir keçirilib

Yarış əməkdar məşqçi, professor Firuddin Həsənovun xatirəsinə həsr olunub.

Gəncə Olimpiya İdman Kompleksində düzənlənən birinciliyin açılış mərasimində Firuddin Həsənovun əmək fəaliyyətindən söz açılıb, onun güləşin inkişafı üçün gördüyü işlərdən bəsh olunub. 2005-ci ildən keçirilən ənənəvi yarış bu il sayca 13-cü dəfədir ki, təşkil olunur.

Cari turnirdə Gəncə, Bakı, Sumqayıt, Abşeron, Mingəçevir, Qazax və digər şəhər və rayonlardan güləşçilər mükafatlar uğrunda mübarizə aparıb. Ümumilikdə yeniyetmələr arasında iki yaş qrupu üzrə 22 komandanın üzvləri döşək üzərinə çıxıb. 220 pəhləvan 15 çəki dərəcəsində medalçıları müəyyənləşdirib. Görüşləri Azərbaycan Güləş Federasiyasının beynəlxaq dərəcəli hakimlər briqadası idarə edib.

Yarışın nəticələrinə əsasən əldə olunan medalların sayına və əyarına görə Gəncə komandası birinci yerdə qərarlaşıb. Bakı güləşçiləri 2-ci, Abşeron təmsilçiləri 3-cü yeri tutub.

Xatirə turniri yeniyetmələrin respublika birinciliyi öncəsi sınaq yarışı olub.

Azad Rəfi