• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 01.11.2017 13:34

Telefon və aksesuarlar gömrükdə müsadirə olunub

KepezTV Player

Gürcüstandan gələn avtomobildə gizlədilmiş mobil telefon və aksesuarlar gömrükdə aşkar edilib. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin salonunda sükanın alt hissəsində 10 ədəd mobil telefon və aksesuarlar aşkar edilib.Faktla bağlı araşdırma aparılır.