• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 01.11.2017 13:33

Salyandan Zabrata oğurluq heyvanlarla gələn şəxslər tutulub

KepezTV Player

Salyandan Zabrata oğurluq heyvanlarla gələn şəxslər tutulub. Rayon sakini Vasif Adıgözəlov Salyan Rayon Polis Şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib. Polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər. Həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb. Sürücü,  Neftçala rayon sakini Hüseyn Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında sataraq əldə olunan gəliri aralarında böldükləri müəyyən edilib. Cinayətin digər iştirakçısı - Həsənqulu Qurbanov da tutulub. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.