• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 01.11.2017 13:33

Bakı sakininə zor tətbiq edərək pulunu alan şəxs yaxalandı

KepezTV Player

Bir neçə gün əvvəl Sabunçu dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini Afat Vəliyevə zor tətbiq edərək 490 manat pulunu soyğunçuluq yolu ilə alan şəxs saxlanılıb. Nəqliyyatda Baş Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb. Cinayəti  törətməkdə şübhəli bilinən Gürcüstan respublikasının vətəndaşı Musa İbrahimov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.