• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1338
— 01.11.2017 13:32

Yolu keçən qadını maşın vurdu

KepezTV Player

Paytaxtın Sabunçu rayonu ərazisindəz,  aeroport şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  43 yaşlı Mahir Əliyev idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçmək istəyən 57 yaşlı Bənövşə Abdullayevanı vurub. Hadisədən sonra sürücü yaralını avtomobili ilə xəstəxanaya gətirib. Bənövşə Abdullayevaya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirib. Sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalar aparılır.