Tokio avtosalonunda Nissan IMx adlı elektrikli konseptual krossover debüt edib. Yeni maşının avtopilotu və 600 kilometrdən çox gediş ehtiyatı var. Konsept-kar 4 elektromotorla təchiz olunub: ikisi öndə, ikisi də arxada. Ümumi at güc isə 435-ə bərabərdir. Tam ötürücü sistemə malik avtomobil avtonom ProPILOT idarəetməsi də qazanıb. Aktiv rejimdə maşın sükanı alətlər panelində gizlədir və oturacaqları içəridəkilərin komfortluğuna əsasən tənzimləyir. Nissan IMx sərbəst şəkildə elektrik şəbəkəsinə qoşulur və istifadə olunmayanda artıq enerjini geri qaytarır. Bu enerjini maşın yiyəsi evində olan elektrik avadanlıqları üçün qoşa bilər. Elektrikli ofroudun salonunda LED işıqlarla panoram alətlər paneli quraşdırılıb. Burada yan kameraların qeydə aldığı görüntülər yayımlanır. Elektronikanı jestlərlə idarə etmək olar. Konsept-karın oturacaqlarının çərçivəsi 3D printerdə çap olunub. Yastıqlar isə silikondandır.
- Baxış: 494