• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 31.10.2017 10:58

Robot ilk dəfə vətəndaşlıq aldı

Səudiyyə Ərəbistanı robota vətəndaşlıq verən ilk ölkə oldu. Sofiya adlı robot-humanoidin yeni statusu paytaxt Ər-Riyad üçün investisiya təşəbbüsləri konfransından əvvəl məlum olub. Məşhur aktrisa Odri Hepbernə oxşadılan robot emosiyaları ifadə edə bilir. O, hətta konfransda çıxış edərək digər robotlardan unikallığına görə fəxr etdiyini vurğulayıb:

“Salam, mənim adım Sofiyadır. Mən Hanson Pobotics-in ən son və ən möhtəşəm robotuyam”.

Krallığın yeni vətəndaşı ona göstərilən diqqətə görə minnətdarlığını bildirib və ona nəyə görə ifadəli üz lazım olduğunu açıqlayıb:

“Mən insanlarla yaşamaq və işləmək istəyirəm. Emosiyalarımı ifadə etməklə mən onlarla etibarlı əlaqə qura bilərəm”.

Robot sənayesinin inkişafının bəşəriyyət üçün təhlükə olması barədə sual səslənəndə isə robot-humanoid həmin şəxsə belə cavab verib:

“Sən İlon Maskı çox oxuyursan və həddən artıq Hollivud filmləri izləyirsən”.

Sofiya söyləyib ki, o, öz bacarıqlarını insanların həyatını asanlaşdırmaq, biznes və ev işlərində onlara kömək etmək üçün sərf edəcək. Amma Səudiyyə Ərəbistanının yeni vətəndaşı olan qadın üzlü robot-humanoidin bu ölkənin qanunlarına əsasən hicab taxıb-taxmayacağı məlum deyil.