• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 30.10.2017 10:55

Robot arı suyun içindən çıxmağı da öyrəndi

Harvard Universitetinin mühəndisləri tərəfindən düzəldilən və suya dalmağı bacaran miniatür robot arı indi də sudan çıxmağı öyrənib. Robotlar partlayıcı qazın alışması nəticəsində müəyyən impuls əldə edir və onun vasitəsilə sudan çıxırlar. Harvardın araşdırmaçıları artıq bir neçə dəfədir ki, kiçik uçan aparatlarla işləyirlər. İlk bu tipdə prototipi 2013-cü ildə nümayiş etdirmişdilər. Bir müddətdən sonra onu müəyyən qədər təkmilləşdirdilər. 2015-ci ildə robot arı suya dalmağı, hətta suda üzməyi öyrəndi. Mühəndislərin üzləşdiyi problemlərdən biri robot arının çəkisi ilə bağlıdır. Dəmir arı o qədər yüngül idi ki, onu suda batırmaq mümkün olmurdu. Bunu nəzərə alaraq kiçik uçan aparata təzyiqlə suyun içinə girməyi öyrətdilər. Onu suyun altında hərəkətə gətirmək üçün isə mütəxəssislər aşağı hissəsəyə xüsusi kamera quraşdırdılar. Üzərkən arı bu kameraya su yığır və elektrolizin köməyilə hidrogenlə oksigenin qarışığını ifraz edir. Bu metodla robotun qanadları suyun üzündə belə qalxa bilir. Lakin uçmaq üçün hər halda bu güc kifayət deyil. Buna görə robot arı elektrik yüklənmənin hesabına partlayıcı qazı işə salır və sanki partlayaraq havaya qalxır. Bəzi alimlər isə bu cür robotları hazırlamağa yox, canlı orqanizmləri elektron çiplər vasitəsilə təkmilləşdirməyə üstünlük verirlər. Məsələn bir qrup mütəxəssis kiborq cırcırıma hazırlayıb. Bəziləri isə bürünc böcəkləri neyro-əzələli elektrodların köməyilə idarə etməyi öyrəniblər.