KepezTV Player
Göygölün Üçtəpə kənd sakini Rayon Polis Şöbəsinə müraciət edərək evinin üçüncü dəfə qarət edildiyini bildirib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən şəxsləri saxlayıblar. Üçtəpə kənd sakinləri Səxavət Zeynalov və Elvin Hüseynov həmyerliləri olan qadının evinə girdiklərini, oradan ümumilikdə 1822 manat pul oğurladıqlarını etiraf ediblər. Saxlanılan şəxslər qəniməti bölüşdürərək xərclədiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 607