• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 31.10.2017 23:00

Xocalı polisi xidməti ərazidə silah-sursat aşkarladı

KepezTV Player

Xocalı Rayon Polis Şöbəsinə Yuxarı Ağcakənd-Buzluq yolunun kənarında, daşın altında silah-sursatın olduğu barədə məlumat daxil olub. Asayiş keşikçiləri həmin əraziyə baxış keçiriblər. Yol kənarından 150 metr aralıda döyüş üçün yararlı olan xeyli miqdarda odlu silah, müxtəlif patronlar, əl qumbarası və digər sursatlar aşkarlanaraq götürülüb. Hələlik həmin silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ramin Şükürov baş təhqiqatçı:“Bir ədəd küstar üsulla düzəldilən tapança, 6 ədəd “Kalaşnikov” avtomatına aid sandıqca, 7 ədəd əl qumbarası, 4 ədəd əl qumbarasına aid alışdırıcı, 2,5 metr uzunluğunda güllə darağı, 16 kalibrli ov tüfənginə aid lülə və 497 ədəd müxtəlif növ güllə aşkar edilərək götürülüb”.

Natiq Hüseyn