KepezTV Player
Hesabat turunda Gəncənin “Kəpəz” klubunun müvafiq yaş qrupu üzrə komandası “Sumqayıt”ı qəbul edib. Liderlər sırasında yer alan “sarı-göylər” gözlənilmədən qonaqlara uduzublar. Oyun rəqib kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq İbrahim Hüseynovun yetirmələrinin turnir cədvəlində mövqeyi dəyişməz qalıb. Gəncə təmsilçisi 12 komandanın mükafatlar uğrunda yarışdığı birinclikdə 15 xalla 3-cüdür. “Kəpəz” çempionatda növbəti görüşünə noyabrın 6-da çıxacaq. Cənub səfərində yollanacaq gəncəlilər “Xəzər Lənkəran”ın qonağı olacaq.
- Baxış: 465