• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 31.10.2017 15:27

Samuxda çaparların yarışı keçirilib

KepezTV Player

Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Samux rayonunda “Ərənlər At Belinə” adlı rayon gəncləri arasında çövkən-at yarışları təşkil olunub. Birincilikdən əvvəl Samux rayon Heydər Əliyev mərkəzində iştirakçılarla təşkilatçıların görüşü keçirilib. Çıxış edənlər yarışın məqsəd məramını nəzərə çatdırıblar. Birincilik uğrunda rayonun müxtəlif kənd və qəsəbələrindən 15 çapar mübarizə aparıb. Onlar bir km məsafədə yarışıblar. Sonda qaliblər diplom və həvəsləndirici mükafatlarla təltif  ediliblər. İlk üç yeri tutan çaparlar həmçinin Gəncə şəhərində keçiriləcək zona yarışlarına vəsiqə qazanıb.

Süleyman Əliyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin böyük məsləhətçisi: Bu yarışları keçirməkdə əsas məqsədimiz həmin həvəskar atçıların iştirakı ilə çövkən oyununu yaşatmaqdır. Bu gün həvəskarlarımız var. Kənd idman meydançalarında həmin oyunu oynayırlar. Ancaq pərakəndə şəkildə. Məqsədimiz bu idman yarışını mütəşəkkil keçirməkdir.

Natiq Hüseyn