• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 31.10.2017 13:34

Mübahisəyə bıçaqla son qoydular

KepezTV Player

Paytaxtın Nəsimi rayonunda, Hüseynbala Əliyev küçəsində bıçaqlanma hadisəsi baş verib 26 yaşlı Elçin İsmayılovla  naməlum şəxs arasında mübahisə düşüb. Mübahisə zamanı həmin şəxs üzərində olan bıçaqla Elçin İsmayılova xəsarətlər yetirib, daha sonra isə hadisə yerini tərk edib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə barədə polisə məlumat verilib. Zərərçəkənin ifadəsini almaq mümkün olmayıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.