• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 31.10.2017 13:44

Gənc oğlan yol qəzasının qurbanı oldu

KepezTV Player

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb. Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu Mercedes markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Mercedesin sürücüsü və  sərnişini- 40 yaşlı  Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə Qəbələ MRX-yə çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.