• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 31.10.2017 07:42

Daşkəsəndə meşə yanğını lokallaşdırılıb

KepezTV Player

Daşkəsəndə baş verən yanğın məhdudlaşdırılıb. Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin ARB Kəpəz-ə verdiyi məlumata görə, saat 06:15 radələrində alovun lokallaşdırılmasına nail olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür. Hadisə Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayında qeydə alınıb. Dərhal Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları əraziyə cəlb olunublar. Güclü külək yanğının söndürülməsini çətinləşdirib. Alov ümumilikdə 8 hektar ərazini əhatə edib. Yanğının səbəbi araşdırıılır.

Xaliq Qurbanlı