• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 30.10.2017 23:13

Evə basqın edən şəxs xeyli miqdarda pul apardı

Bakıda evə basqın edən şəxs xeyli miqdarda pul aparıb.Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Maksimovun evinə aldatma yolu ilə girərək ağzını yapışqanlı lentlə bağlayıb oradan 2500 manat, 6000 ABŞ dolları və 22750 rubl pul və qol saatı aparmaqda şübhəli bilinən Ağdam rayon sakini Ramil Quliyev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.