• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 30.10.2017 23:32

Müğənninin barəsində həbs qətimkan tədbiri seçilib

KepezTV Player

Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirilib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bir sıra informasiya saytları Fədayə Laçının bir müddətdir ki, “Qoca” ləqəbli Etibar Məmmədovla sevgili olduğunu və həmin gün qatara onunla görüşə getdiyini yazıb. Müğənni sosial şəbəkədəki hesablarındakı paylaşımlarında tez-tez sevgilisinin həbsxanada olduğuna işarə vurub. O, hətta,bir neçə gün öncə Feysbukda paylaşdığı statusda “Səni zindanda görən ağlasın...”  ifadəsini yazıb. Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 37 yaşlı, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Məmmədov və 28 yaşlı, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Ağami müşayiət altından qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış. Qaçan şəxslərin adları kriminal aləmin bəzi üzvləri ilə yanaşı çəkilir. 28 yaşlı Əli Ağami Şirvanda tutularaq istintaq təcridxanasına yerləşdirilib. Digər şəxsin axtarışı isə davam etdirilir.