Bu günə xəbərlərin oxunma sayı: 1479
— 30.10.2017 15:20

Gəncədə taekvondo üzrə açıq şəhər birinciliyi keçirilib

KepezTV Player

Yerli Olimpiya İdman Kompleksində baş tutan yarış uşaq, yeniyetmə və gənclər arasında təşkil edilib. Həm oğlan, həm də qız taekvondoçuların iştirak etdiyi birincilikdə xarakterinə uyğun olaraq Gəncə idmançılarıyla birgə Bakı, Samux, Tovuz, Şəmkir və Göygöl təmsilçiləri də qüvvəsini sınayıb. Yarışda mükafatlar uğrunda 250-ə yaxın döyüşçü mübarizə aparıb ki, oğlanlar 27, qızlar isə 20 çəkidə qalibləri müəyyənləşdiriblər. Sonda ilk 3 yeri tutanlar medal və diplomla təltif ediliblər.

Orxan Cəfərzadə