KepezTV Player
Ölkədə işini asanlaşdıran 18 milyonuncu vətəndaş Gəncə sakini olub. 61 yaşlı Salman Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.Gəncə “ASAN Xidmət” mərkəzində qeydə alınan bu müraciətin sahibinə təşəkkürnamə təqdim olunub və simvolik hədiyyələr verilib. Eləcə də Salman Cəlilovun adına tort kəsilib.
- Baxış: 1368