• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 30.10.2017 13:48

Canavarlar kəndə hücum etdi

KepezTV Player

Göyçayın Çaxırlı kəndinə canavarlar hücum edib. Eldəniz Abdullayevə məxsus tövləyə girən canavarlar 20 baş xırda buynuzlu heyvandan 4-nü parçalayıb, 1-ni isə yaralayıb. Yaralı qoyun baytarların nəzarətinə götürülərək müalicə olunur. Ölən heyvanlar isə dezinfeksiya edilərək torpağa basdırılıb.Sakinlərin sözlərinə görə, bu, vəhşi heyvanların kəndə ilk hücumu deyil.