• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2524
— 30.10.2017 13:48

10000 quş tələf oldu

KepezTV Player

İsmayıllının Ağahüseyn  Aslanov küçəsində  rayon sakini Azər Abdullayevə məxsus, sahəsi 450 kvadratmetr  olan quşçuluq ferması yanıb. Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon yanğından mühafizə xidmətinin  2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın  zamanı fermanın yanar konstruksiyaları tamamilə yanıb. Eləcə də 10 000 baş cücə və toyuq yanaraq tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün fermadan quşları çıxarmaq mümkün olmayıb. Sahibkarın sözlərinə görə yanğın nəticəsində ona 100 min manata yaxın ziyan dəyib. Hadisənin baş vermə səbəbi isə hələlik məlum deyil.  Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.