• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 30.10.2017 13:46

Qardaş qardaşını qətlə yetirdi

KepezTV Player

Xızı rayonunda qətl hadisəsi baş verib. Rayonun Yarımca kənd sakini, 45 yaşlı Şirxan Məhərrəmov qardaşı, 51 yaşlı Səməd Məhərrəmovu gülləyərək qətlə yetirib. Hadisənin qardaşlar arasında yaranan mübahisə zəminində baş verdiyi bildirilir. Qətli törədən şəxs saxlanılıb. Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.