• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 29.10.2017 23:32

Gəncədə bıçaqlanma olub

KepezTV Player

Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Şəhər sakini 50 yaşlı Rövşən Həsənov bədənin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. İlkin tibbi yardım göstərilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır.

Etibar Abbasov həkim – “Təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə qarnın ön divarında kəsilmiş-deşilmiş yara xəsarəti ilə bir nəfər təxminən 50 yaşlarında kişi gətirilmişdi. Xəstə təcili əməliyyat otağına götürülüb və əməliyyat olunub. Vəziyyəti keçirilmiş əməliyyata uyğundu. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Elnur Vahidoğlu