Cümhuriyyət bayramını müsəlman şərqinin ilk paytaxtında, Qədim İpək yolunun üzərində yerləşən Gəncədə qeyd etməyin bizim üçün xüsusi önəmi var.Türkiyə Cümhuriyyətinin elan olunmsının 94-cü ildönümü münasibətilə bu ölkənin Gəncədəki Baş konsullu Orhan İşık təşkil edilən rəsmi ziyafətdə belə deyib. 2 ölkə arasında qardaşlıq münasibətlərinə söykənən iqtisadi, ticari, humanitar, mədəni sahələri əhatə edən çoxşaxəli fəaliyyətə toxunub. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin atrdığı, Azərbaycanın Türkiyəyə ən çox sərmayə qoyan ölkə kimi əhəmiyyəti vurğulanıb. Strateji tərəfdaş olan ölkələrin dövlət başçıları arasında mövcud olan dostluq münasibətləri, çətin günlərdə nümayiş etdirilən həmrəylik, tərəfdaş olan ölkələrin şəhərləri arasınd ayaranan əməkdaşlıq əlaqələri əldə edilən uğurların təməlində dayanmaqla gələcək vektorların müəyyənləşdirilməsinə zəmin yaradır.
Orxan İşık Türkiyənin Gəncədəki Baş konsulu: Azərbaycanın güclü olması Türkiyəni daha güclü edir, Türkiyənin gücü Azərbaycanın güclü olması deməkdir. İcra edilən birgə beynəlxalq böyük layihələr bizi daha da bir-birimizə yaxın edir. Qarşıdakı günlərdə bunun bir daha şahidi olacağıq. Bakıda prezidentlərin iştirakı ilə Pekinlə Londonu birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə ilk qatarın yola çıxması, TANAP layihəsinin ilk mərhələsinin yekunlaşmaq üzrə olması dünya miqyasında Azərbaycanla Türkiyəni daha güclü edəcək.
- Baxış: 1073