Naftalan sakininin 65 kq at ətini satmaq istəyi gözündə qalıb. Yararsız əti Goranboy rayon Baytarlıq İdarəsi ilə Naftalan şəhər Polis Şöbəsi əməkdaşları aşkarlayıblar. Şəhər sakini İman Əsgərovun evinə baxış zamanı bir baş iri buynuzlu heyvana məxsus ümumi çəkisi 65 kloqrama yaxın mənşəyi məlum ət aşkarlanıb. Şöbəyə dəvət olunan İman Əsgərov heyvan cəmdəyinin at əti olmasını etiraf edib. Əsgərov həmin heyvanı Bərdə rayonundan aldığını deyib. Goranboy rayon Baytarlıq İdarəsinin həkimləri ətdən nümunələr götürürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərib.
Elsəvər Hüseynov Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Mənşəyi məlum olmayan ətlər Respublika Baytarlıq Labaratoriyasının rəyinə əsasən yandırılma yolu ilə məhv ediləcək. Artıq bu istiqamətdə baytar həkimlərimiz iş aparıb, müayinələr üçün nümunələr götürülüb. Labaratoriyanın cavabı məlum olanadək aşkarlanan ətlər idarənin soyuducusnda saxlanacaq.
İman Əsgərov saxlanılan şəxs: Bərdə rayonundan almışam. Daylaq ətidir. İkinci dəfədri ki kəsib satıram. Yalnız qohumlar bilirdi ki daylaq ətidir. Ancaq digər şəxslərə mal əti adından satırdım.
- Baxış: 753