• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 24.10.2017 10:31

Dünyada ilk dəfə üzən külək elektrik stansiyası işə salındı

Norveçin Statoil və Səudiyyə Ərəbistanının Masdar şirkətləri Şotlandiyanın Aberdinşir sahilindən dünyada ilk dəfə üzən elektrostansiya buraxıblar. Layihəyə əsasən Hywind adlı stansiya 30 meqavatt güclə sahildən 25 kilometr uzaqlıqda enerji yığmalı və Piterhed şəhərini enerji ilə təmin etməlidir. Ümumilikdə stansiyanın 20 min evin enerji tələbatını ödəyəcəyi gözlənilir. Turbinlərin uzunluğu dəniz səviyyəsindən 175 metr təşkil edir. Külək turbinin əsas hissəsi isə 78 metr suyun dərinliyindədir və dənizin dibinə bərkidilib. Stansiya 5 generatordan ibarətdir. Konstruksiyanın ümumi çəkisi isə 60 tondur. Sahillər və elə dənizin özü külək enerjisi əldə etmək üçün cəlbedici yerlər hesab olunur. Amma mövcud texnologiya elektrostansiyaları sahildən uzaqda qurmağa imkan vermir. Hywind texnologiyası isə, deyəsən, bu problemi aradan qaldırmaq iqtidarındadır.