KepezTV Player
Mingəçevir şəhərində mağazadan 140 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Naməlum şəxs satıcının nahar fasiləsinə getməsindən istifadə edərək Adil Yusifova məxsus obyektin dəmir qapısını sındıraraq içəri keçib və oğurluq edərək qaçıb. Onun görüntüsü təhlükəsizlik kamerasında əks olunub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat -axtarış tədbirləri aparılır.
- Baxış: 609