• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 27.10.2017 22:56

Gədəbəydə iki avtomobil toqquşdu, sürücü yaralandı

Gədəbəyin Slavyanka kəndində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “VAZ” və “QAZ 31” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, kənd sakini 26 yaşlı Bəhruz Elbəy oğlu Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.