• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 27.10.2017 18:15

Goranboyda avtobus körpüdən çaya aşıb, 25 nəfər yaralanıb

KepezTV Player

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkənd kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Əkin sahəsindən gələn fəhlələri daşıyan avtobus körpüdən Kürək çaya aşıb. Nəticədə 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinələrdən sonra Zeyvə kənd sakini 59 yaşlı Edelya Aslanova Bərdə Diaqnostik Mərkəzinə aparılıb. 53 yaşlı Hüseynova Solmaz Cənnət qızı və 54 yaşlı Binnətova Rəna Hüseyn qızı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndəriliblər. Qadınlardan birinə tibbi müdaxilədən sonra ambulator müalicə təyin edilib. Qaxtux kənd sakini Rəna Binnətova isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.