Bu günə xəbərlərin oxunma sayı: 1479
— 27.10.2017 16:01

“Kəpəz”in “Keşlə” hazırlığı

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer liqasının 10-cu turunda Gəncənin “Kəpəz” klubu “İnter” adını “Keşlə”yə dəyişən Bakı kollektivinin qonağı olacaq. Qərblilər paxtaxt təmsilçisi ilə hazırlığını Dalğa Arenanın ehtiyat meydançasında keçib. Oyunöncəsi gəncəlilərin heyətində zədəlilərin durumu bəlli olub. Komandayla məşqlərə başlayan İlkin Sadıqov qarşıdakı görüşdə meydanda ola biləcək. Digər zədəli malili Samba Diallonun isə görüşdə oynaması gözlənilmir. Sarı vərəqə limitinə görə cəzalı olan Şəhriyar Əliyev isə bu oyunda heyətdə yer alacaq. Bundan başqa sarı-göylərə yeni oyunçu da qoşulub. Bu Seneqallı yarımmüdafəçi Aladji Mansurdu. Keşlə - Kəpəz qarşılaşmasının start fiti sabah saat 15:00-da çalınacaq.

Davud Kərimi - “Kəpəz”in qapıçısı :“Söz vermirəm. Çalışacağıq ki, İnterlə oyun dönüş nöqtəsi olsun. Yəni İnterdən başlayıb, Qarabağ, Səbail və Qəbələ ilə görüşləri qələbə ilə başa vurmaq istəyirik.”

Şəhriyar Rəhimov - “Kəpəz”in oyunçusu: “Vəziyyətmiz elədir ki, hər oyuna qələbə üçün çıxırıq. Hazırda elə durumdayıq ki, Qarabağla oyuna xal qazanmaq üçün çıxmalıyıq. İnterdə də dəyişikliklər var. Yeni ad və yeni struktor qurulduğu üçün həvəslidirlər, onlar üçün bu yeni bir başlanğıcdır. Amma biz də əlimizdən gələni edəcəyik ki, Kəpəzi qara zolaqdan çıxardaq. Bunun üçün də ancaq qələbə haqda fikirləşirik.”

Kərim Diniyev - “Kəpəz”in oyunçusu :“Bu oyuna ciddi hazırlaşmışıq. Məncə bu qədər uğursuzluqdan sonra uğur gəlməlidir. Komandada stabillik çatışmır. Rəqib də bu oyuna adının və rəhbərliyin yenilənməsi baxımından ciddi hazırlaşıb. Amma biz ancaq qalibiyyətə köklənmişik.”

Azad Rəfi