Peşə yönümlü ixtisasların müasir əmək bazarına uyğunlaşdırılması dövrün tələbindən irəli gəlir və cari tədris ilində Göygöldəki peşə məktəbində yeni ixtisasların açılması bu məqsədə xidmət edir. .agirdlərin bu ixtisasa maraq göstərməsi növbəti dərs ilində daha 2 ixtisasın açılmasına əsas yaradıb.
Cavidan Məmmədov şagird: Mənim uşaqlıqdan arzum olub ki, traktorçu olam. Ona görə də gəlmişəm ki, Göygöl Peşə Məktəbində traktor ixtisasında oxuyuram. Müəllimlərdə əyani vastələrlə dərsi bizə izah edirlər.
Cavidan Məmmədovla yanaşı 40 şagird bu tədris ilindən yeni açılan ərzaq, qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi, xəzinədar, eləcə də geniş profilli traktorçu, maşinist, təmirçi, çilingər ixtisaslarında təhsil alır. 2 qrupda təhsil alan şagirdlər üçün nəzəri biliklər sinif otaqlarında, eləcə də praktiki dərslər yeni avadanlıqlarla təchiz olunan kabinet və emalatxanalarda keçilir.
Bilqeys Əliyeva müəllim: Bu Ərzaq və qeyri ərzaq məhsulları nəzarətçi xəzinadar qrupudur. Qrupumuzda 20 nəfər şagird təhsil alır. Qrup bu il ilk dəfədir ki, açılıb. Uşaqlarımız çox maraqla dərsə yönəlirlər. Verdiyimiz tapşırıqları çox gözəl mənimsəyirlər. Uşaqlarımızdan çox razıyıq.
Aygün İsmayılova şagird: Nəzəri eləcədə praktiki dəsrlər keçilir. Dərsimiz həmişə çox maraqlı keçir. Müəllimlərimiz çox aydın dərslər keçir. Təşəkkürümüzü bildiririk,”
Göygöl aqrar və turizm baxımından əhəmiyyət kəsb edən bir rayondur. Məhz bu amillər nəzərə alınaraq gələn tədris ilində peşə məktəbində daha 2 ixtisas açılacaq.
İftixar Hüseynov Göygöl Peşə Məktəbinin direktoru: Rayonumuzun kənt təsərrüfatı rayonu olması o cümlədən turizimlə bağlı ixtisaslı kardların təlabatının olması ilə bağlı olaraq yeni ixtisasların açılması nəzərdə tutulur. Şagirdlərin həm də əvvəlki illərlə müqayisədə marağı daha çox artıb. Dövlətimizin peşə məktəbinə diqqəti ilbəil artır. Peşə təhsili üzrə yeni qanunlar hazırlanır. Peşə təhsili üzrə yeni agentliklər yaradıldıqdan sonra peşə təhsilində inkişaf günügündən artmaqdadır”.
Ötən tədris ilində peşə məktəbində 155 şagird təhsil alırdısa bu il bu say 8 ixtisas üzrə 198-ə çatıb. 16 müəllim, 27 usta isə pedaqoji fəaliyyətlə məşğuldur.
Elnur Vahidoğlu
- Baxış: 615