• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 27.10.2017 13:59

Oğurluq edənlər yaxalandı

KepezTV Player

Bərdədə evlərdən oğurluq edən dəstə zərərsizləşdirilib. Rayonun Kələntərli kənd sakini Nicat Mirzəyev və Qazqurdalı kənd sakini Ruziyyə Məmmədova polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin onların yaşadıqları mənzillərdən oğurluq etdiklərini bildiriblər. Zərərçəkən Nicat Mirzəyevə 1384 manat, Ruziyyə Məmmədovaya isə 500 manat ziyan dəyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakinləri saxlanılıb.

Hər iki şəxs ifadələrində törətdikləri əməli etiraf ediblər. İstintaq zamanı oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində də oğurluq hadisəsi qeydə alınıb. Uşaq geyim mağazasında müştəri satıcının pul kisəsini oğurlayıb. Oğurluq nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Mağazaya gələn qadın satıcının yerində olmadığını görüb onun pulqabını götürür. Daha sonra isə obyekti tərk edir. Zərərçəkən hadisə barədə polisə müraciət edib. Faktlarla əlaqədar araşdırmalar aparılır.