• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 27.10.2017 13:55

Çay evində baş verən qanlı olayın görüntüləri yayıldı

KepezTV Player

Gəncə şəhərində keçmiş məhkumlar arasında baş verən atışmanın görüntüləri yayılıb. Xatırladaq ki, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb. Xəstəxanaya yerləşdirilən Edqar Nəsirovun vəziyyəti ağırdır.