Şəmkirdə bu rayonla yanaşı Tovuz, Ağstafa və Qazax sakinləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun qəbulunda olub. 40-a yaxın vətəndaş əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də qəbulda iştirak edib. Hüseyn Bağırov şikayət və təklifləri dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Natiq Hüseyn
- Baxış: 549