• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 26.10.2017 14:19

İki evdə yanğın oldu

Gədəbəy rayonunun Gödəkdərə kəndində yanğin olub. İkimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  

Ağstafada da yanğın hadisəsi qeydə alınıb. Rayonun Sadıqlı kəndində birmərtəbəli üç otaqlı evin dam örtüyünün taxta atmaları 5 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Faktlar araşdırılır.