• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 26.10.2017 14:13

2 kq-a yaxın marixuana aşkar edildi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında İsmayıllı şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirilən  əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi 1 kiloqram 960,3 qram olan qurudulmuş marixuana aşkar olunaraq  götürülüb. Faktla əlaqədar İsmayıllı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.