Quba Rayon Polis Şöbəsi əməkdaşları rayonun Qorxmazoba kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Sahil Mursalovu saxlayıblar.O, ev sahiblərinin evdə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla evdən 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartını oğurladığını etiraf edib.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-dən 24-dək olan müddətdə kənd ərazisindəki daha 3 evdən ümumilikdə 3 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 2 mobil telefon oğurladığı da müəyyən edilib.Oğurlanan qızıl zinət əşyaları, pul, təqaüd kartı və mobil telefonlar S.Mursalovun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 720