• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 25.10.2017 22:56

Evlərdən oğurluq edən şəxslər tutulublar

KepezTV Player

Bərdədə evlərdən oğurluq edən şəxslər tutulub.Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 21-də rayonun Qazıqurdalı kəndindəki evlərdən birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Nemət Məmmədov və Bərdə rayon sakini Anar Quliyev tutulublar.Hər iki şəxs törətdikləri əməli etiraf edib.Onların ətrafında aparılan tədbirlərlə onların avqustun 8-də Kələntərli kəndindəki evlərdən birindən soyuducu, çörəkbişirən aparat və digər məişət əşyaları, oktyabrın 19-da isə Qazıqurdalı kəndindəki evlərdən birindən noutbuk və mobil telefon oğurladıqları, bu oğurluqları mənzil sahiblərinin evlərində olmadıqları zaman törətdikləri müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb.