• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 25.10.2017 22:56

Film kimi cinayət...

KepezTV Player

Oktyabrın 24-ü axşam saatlarında Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən lombardlardan birinə gələrək, orada işləyən Abşeron rayon sakini Anar Əliyevi oyuncaq tapança ilə hədəliyib, ondan pul və qızıl əşyalar verməsini tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Allahverdiyev Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib. Zərərçəkən Anar Əliyevin sözlərinə görə, Kamran Allahverdiyev onların daimi müştərisi olub. Sonuncu dəfə lombarda gələndə əvvəlcə pul götürəcəyini desə də, sonra hadisənin gedişatı dəyişib.

Lombard işçisini sözlərinə görə,Kamran Allahverdiyev daha sonra ağlayaraq, peşimanlıq ifadə edib və əlindəki oyuncaq tapançanı ona təhvil verib.

Faktla bağlı Nəsimi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.