• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 25.10.2017 22:55

Xarici valyutanın ölkə ərazisindən daşınmasına imkan verilmədi

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar. Onlardan 71 500 ABŞ dolları, 6500 rubl və 4361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.