• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 25.10.2017 15:35

Ölkədə hemofiliyalı xəstələrin sayı artıb

KepezTV Player

Respublikada 1548 nəfər hemofilya xəstəliyindən  əziyyət çəkən vətəndaşdan 144-ü qərb bölgəsində yaşayır. İl ərzində 30-60 nəfər hemofilya xəstəsi kimi qeydiyyata alınır ki, bu da artımdan xəbər verir. Gəncədə Prezident yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən konfransda qanda laxtalanma çatışmazlığının səbəb olduğu bu irsi xəstəliyin əsasən daxili və oynaq qanaxmalarına səbəb olduğu və əlilliklə nəticələndiyi xatırladılıb. “Hemofiliya xəstəliyi üzrə dövlət proqramının qiymətləndirilməsi və dövlət ictimai idarəetmənin  bir hissəsi kimi səhiyyədə ictimai nəzarətin təşkili” adlı layihə çərçivəsində baş tutan tədbirdə vaxtaşarı edilən müayinə və dərman peraparatları ilə təminatın qan axmaların qarşısını aldığı önə çəkilib. Hansı ki, bu Hemofilyalı Xəstələr üçün Dövlət Proqramında da öz əksini tapır.

Gülnarə Hüseynova Hemofilyalı Xəstələr İctimai Birliyinin sədri :10-15 il bundan qabaq müalicə almaq çətindi. Xəstələr müraciət eləmirdi ya onlar tələf olurdular, ya da əlil olurdular. Bununla da barışırdılar. İndi həm maarifləndirmə həm də müalicə dövlət tərəfindən keyfiyyətlim olduğundan müraciətlər çoxalıb.