AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Gəncədə yerüstü araşdırmalara 2015-ci ildə başlayıb və həmin vaxt şəhərin müxtəlif ərazilərində 60-dan artıq kurqan aşkarlanıb. Onlardan bir neçəsi də Heydər Əliyev park-kompleksinin ərazisində tapılıb və indi tədqiqinə başlanılıb. Burada ilkin olaraq 4 kurqan arxeoloji tədqiqata cəlb olunub.
Qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri kurqanların eramızdan 3300 il əvvələ, son tunc dövrünə aid olduğunu göstərir.Kuqanların tədqiqi son tunc dövründə yaşayan insanların adət ənənələrini, mədəniyyətini, ticari əlaqələrini daha dərindən öyrənməyə imkan verəcək.
Ərazidə aparılan tədqiqat işləri davam edəcək. İlkin nəticələrə əsasən burada dəfn olunanların əksəriyyəti 28-32 yaş arası kişilərdir.
O ki, qaldı kurqanların aqibətinə... İl boyu Heydər Əliyev park-kompleksinə gələn yerli və xarici turistlərin sayını nəzərə alaraq deyə bilərik ki, aşkarlanan dəfn abidələri olduqca əlverişli əzaridə yerləşirlər. Parkın bu hissəsində açıq hava müzeyinin yaradılması tariximizin elə yerində nümaişi üçün böyük imkandır...
- Baxış: 1093