KepezTV Player
Şimali Kipr Türk Respublikasında iki azərbaycanlı gənc tutulub. Nicat Vahabov və Ayxan Şicayev oktyabrın 9-da Mağusa şəhərində küçədə Yücel Sarakla mübahisə ediblər. Sarak ərazidən qaçarkən mobil telefonunu yerə salıb. Azərbaycanlı gənclər həmin telefonu götürüblər. Hadisə ətrafdakı müşahidə kameralarına düşüb. Nəticədə onlar oğurluqda təqsirləndirilərək tutulublar. Vahabov verdiyi ifadədə əməlini etiraf edib, Şicayev isə telefonu dostunun götürdüyünü bildirərək, təqsirli olmadığını bildirib. Məhkəmədə onların hər birinin 1000 lirə (təxminən 500 manat) girov ödəyəcəyi təqdirdə azadlığa buraxılması barədə qərar verilib. Lakin tələb olunan girov ödənilməyib, hər iki şəxs təcridxanaya göndərilib.
- Baxış: 1029