• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 25.10.2017 13:28

Tövlə yandı

KepezTV Player

Qaxın Almalı kəndində də yanğın qeydə alınıb. Kənd sakini Tanrıverdi Məmmədova məxsus ümumi sahəsi 80 kvadratmetr olan mal tövləsi, içərisindəki 7,5 ton otla birlikdə yanaraq külə dönüb. Yanğın yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Tövlədə olan mal-qara heç bir zərər görmədən qonşuların köməyi ilə çıxarılıb.Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Həyətdə olan yaşayış evi yanğından mühafizə olunub. Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.