Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlaxın Salahlı kəndi ərazisindən keçən hissəsində qəza baş verib. 63 yaşlı Təzəgül Qasımova yolu keçən zaman hərəkətdə olan avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində də piyadavurma hadisəsi olub. Yolu keçmək istəyən 49 yaşlı Səadət Bayramovanı maşın vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Daha bir qəza Nəsimi rayonunda qeydə alınıb. 31 yaşlı Səbinə Süleymanova Azadlıq prospektində yol kənarında dayanan zaman onu motosiklet vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Motosikletin sürücüsü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla əlaqədar başlanılan araşdırmalar davam edir.
- Baxış: 644