KepezTV Player
Rusiyanın Saratov şəhərində ötən gecə yerli biznesmen öldürülüb. 55 yaşlı Ceyhun Cəfərovun cəsədi evinin qarşısında aşkarlanıb. O, odlu silahdan açılan atəşlə qətlə yetirilib. Şahidlərin sözlərinə görə, 3 dəfə atəş səsi gəlib. Güllə biznesmenin ürəyindən dəyib. Cəfərov tikinti şirkətlərindən birinin baş direktoru olub. Hazırda qətlin səbəbləri və hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
- Baxış: 1072