• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 24.10.2017 16:12

7 dəri əlcək ustamız növbəti mərhələdə

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb. 56 kq-da döyüşən Orxan Həsənovun çıxışı daha çox diqqət çəkib. Dəri əlcək ustamızın bu mərhələdə rəqibi erməni idmançı olub. O, Jirayr Sarqsyanı rinqə çıxmağa peşman edib və 5:0 hesabıyla qalib gəlib.

Növbəti mərhələyə vəsiqə əldə edən digər boksçularımız isə Amid Əlizadə (52 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq) Məhəmməd Abdullayev (+91 kq), Həsən İbrahimovdur (49 kq). 1/4 final mərhələsinin döyüşləri bu gün və sabah keçiriləcək.

Orxan Cəfərzadə