• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 24.10.2017 15:35

Rus folkloru tələbələrə nümayiş olunub

KepezTV Player

Rusiya folkloru və mədəniyyəti Azərbaycan Texnalogiya Universitetində təhsil alan tələbələrə t’qdim olunub. Rusiya Ali Məktəb Məzunlarının Azərbaycan Asosiyasiyasının və Gəncədə fəaliyyət göstərən rus icmasının birgə təşkilatçılığı ilə “İqray Qarmon” ansamblı universitetin tələbələri qarşısında konsert proqramı ilə çıxış edib. Məqsəd iki ölkənin ali məktəbləri arasında mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Anoloji tədbir daha öncə Bakı şəhərində də baş tutub. İkitərəfli əlaqələrin gələcək planında universitetlər arasında tələbə mübadiləsi də nəzərdə tutulur.

Üzeyir Əliyev Rusiya Ali Məktəb Məzunlarının Azərbaycan Asosiyasiyasının sədri: Gələcəkdə istərdik ATU-da xarici tələbələr oxusun. Rusiyanın özündəndə tələbələrin burada oxumasını və dil öyrənməsini istərdik. Bildiyiniz kimi ATU çox reytinqli universitetdi. Bundan başqa təhsil proqramları olsun, magistr proqramı, bakalavr proqramı, aspirantlar üçün proqramlar olsun. Məqsədimiz budur.    

Elton Cabbarlı