• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 24.10.2017 14:08

Gürcüstanda Gəncədən olan kriminal avtoritet saxlanıldı

KepezTV Player

Tbilisidə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı, Gəncə şəhərindən olan kriminal avtoritet saxlanılıb. Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü “həmkarı” ilə birgə bir nəfəri ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər. Belə ki, məkana əvvəlcədən yerləşdirilən video kamera vasitəsilə baş verənlər çəkilib. Videodan da göründüyü kimi, azərbaycanlı Gəncədən olduğunu “Malış krıtnıy” ləqəbi ilə tanındığını, həmçinin “böyük vor ailəsinin oğlu” olduğunu bildirir.